Ədən limanı yaxınlığında partlayış baş verib

Yəməndə İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə hücumları davam edərkən, Ədən limanı yaxınlığında ticarət gəmisinin yanında partlayışın baş verdiyi bildirilir.

2098651

Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) tərəfindən edilən paylaşımda Ədən limanı yaxınlığında ticarət gəmilərindən birinin yaxınlığında partlayış baş verdiyinə dair məlumat əldə edildiyi və hadisənin səlahiyyətlilər tərəfindən araşdırıldığı qeyd olunub. 

Açıqlamada gəmi və ekipajın təhlükəsiz olduğu bildirilib və yaxınlıqdakı gəmilərə ehtiyatla tranzit keçmələri və hər hansı şübhəli fəaliyyət barədə təşkilata məlumat vermələri tövsiyə edilib.

Әlaqәli Xәbәrlәr