BMT ABŞ-la İran arasındakı gərginliyi qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İran gərginliyi ilə bağlı bəyanat verib.

2098558
BMT ABŞ-la İran arasındakı gərginliyi qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İran gərginliyi ilə bağlı bəyanat verib. 
Bəyanatda deyilir: “Güc nümayişi əvəzinə, bütün səylər İraqın daha geniş bir münaqişəyə cəlb edilməsinin qarşısını almağa yönəlməlidir”. 
İraqdakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Burada üzv ölkələri məlumatlandıran BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis-Plasçaert Qəzzadakı vəziyyət və digər hərbi fəaliyyətlər səbəbindən həm ümumilikdə Yaxın Şərqin, həm də İraqın “kritik döngədə” olduğuna diqqət çəkib.
Hennis-Plasçaert qeyd edib ki, İraq hökuməti regional gərginliyin həm İraqa, həm də bölgəyə yayılmasının qarşısını almağa çalışır.
Hücumların davam etdiyini qeyd edən Hennis-Plasçaert deyib: "Hücumlar davam edərsə, İraqın xüsusilə son 18 ayda əziyyətlə əldə etdiyi sabitliyə təhlükə yaranacaq''.
Hennis-Plasçaert İraqın sabitliyi və rifahını qoruyub saxlamasının vacibliyini vyrğulayaraq bu mühiti təmin etmək üçün bütün tərəflərin mülayim hərəkət etməli olduğunu bildirib.


Etiketlәr: #ABŞ , #İran , #İraq , #BMT

Әlaqәli Xәbәrlәr