BMT TŞ-da ABŞ-ın İraq və Suriyaya hücumları müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiyanın tələbi ilə ABŞ-ın İraq və Suriyaya qarşı əməliyyatlarını müzakirə etmək üçün iclas keçirib.

2098275
BMT TŞ-da ABŞ-ın İraq və Suriyaya hücumları müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiyanın tələbi ilə ABŞ-ın İraq və Suriyaya qarşı əməliyyatlarını müzakirə etmək üçün iclas keçirib.

Yığıncaq zamanı ABŞ və Böyük Britaniya Vaşinqtonun İraq və Suriyaya hücumlarını müdafiə ediblər.

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord

“Böyük Britaniya İraq və Suriya da daxil olmaqla, beynəlxalq sülh və təhlükəsizliyin qorunması və inkişafı üçün bütün səyləri dəstəkləyir” deyib.

“Biz Birləşmiş Ştatların özünümüdafiə və reaksiya hüququnu tam dəstəkləyirik”, deyə o qeyd edib.

Britaniya nümayəndəsi İrana bağlı milis qruplarının İraq və Suriyadakı hərbi bazaları hədəf almasını pisləyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud isə ölkəsinin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyini müdafiə edib.

ABŞ-ın öz şəxsi heyətinə qarşı qəbuledilməz hücumlara cavab verməyə davam edəcəyini vurğulayan Vud İranı bölgədə gərginliyi artırmaqda ittiham edib.

Qeyd edək ki, yanvarın 29-da Suriya-İordaniya sərhədində ABŞ-a məxsus "Tower 22" bazasına hücum nəticəsində 3 ABŞ əsgəri həlak olub, 40-dan çox əsgər yaralanıb.

Hücuma cavab olaraq ABŞ administrasiyası zaman ərzində yayılan çox səviyyəli hücumlara başlayacağını və İranın dəstəklədiyi qrupların hədəf alınacağını açıqlayıb.

Cümə günü ABŞ Prezidenti Co Bayden Suriya və İraqda İran İnqilab Keşikçiləri Korpusunu və ona bağlı milis qruplarını hədəf alaraq baza hücumuna cavab verməyə başladıqlarını və bu cavabın "özlərinin seçdikləri vaxt və yerlərdə davam edəcəyini" açıqladı.



Әlaqәli Xәbәrlәr