Qanun layihəsi həm demokratlar, həm də respublikaçılar tərəfindən təsdiqlənib

ABŞ Konqresinin yuxarı palatası əlavə maliyyələşdirmə haqqında qanun layihəsini dərc edib.

2097739
Qanun layihəsi həm demokratlar, həm də respublikaçılar tərəfindən təsdiqlənib

ABŞ Konqresinin yuxarı palatası əlavə maliyyələşdirmə haqqında qanun layihəsini dərc edib. 
Qanun layihəsi həm demokratlar, həm də respublikaçılar tərəfindən təsdiqlənib.

Qanun əsasən Prezident Co Baydenin oktyabrdakı təklifləri ilə üst-üstə düşür və Ukrayna, İsrailə yardım və ABŞ-ın Meksika ilə sərhədinin möhkəmləndirilməsi kimi maddələrdən ibarətdir. Büdcənin ümumi məbləği 118 milyard dollar təşkil edir ki, bu da Baydenin tələb etdiyi büdcədən 13 milyard çoxdur.

Senatın təsdiq etdiyi 118 milyard dollarlıq büdcənin aşağıdakı xərclər üçün istifadə olunacağı gözlənilir:

*ABŞ sərhədlərinin qorunması - 20,23 milyard dollar,
*Ukraynaya yardım – 60,06 milyard dollar,
*İsrailə yardım - 14,1 milyard dollar,
*“Çin təcavüzünə” məruz qalmış Hind-Sakit okean regionunda ABŞ tərəfdaşlarına yardım – 4,83 milyard dollar,
*Qırmızı dənizdə husilərlə mübarizə aparan ABŞ missiyası üçün – 2,44 milyard dollar,
*Qəzza işğal olunmuş İordan çayının qərb sahilinə və Ukraynaya humanitar yardım üçün – 10 milyard dollar. 
Sənəddə bu yardımın nə qədərinin fələstinlilərə çatacağı dəqiq göstərilməyib. 
Qeyd edək ki, bu ay Vaşinqton BMT-nin fələstinlilərə yardım agentliyi olan UNRWA-nın maliyyəsini kəsib.
Senatdakı respublikaçı azlığın lideri Mitç MaykKonnell qanunun respublikaçılar üçün ən yaxşı razılaşma variantı olduğunu deyib. Lakin partiyanın Nümayəndələr Palatasındakı üzvləri onunla razılaşmır və büdcə layihəsini bloklamağa hazırlaşır.

Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının spikeri Maykl Conson "Bu qanun layihəsi gözlədiyimizdən də pisdir və prezidentin sərhəddə yaratdığı fəlakətə son qoymaqdan çox uzaqdır" deyib və büdcə qanun layihəsinin Nümayəndələr Palatasına təqdim edilmədən mənasını itirəcəyini vurğulayıb.

Qəzzadakı humanitar vəziyyətə görə beynəlxalq təzyiq altında olan İsrailə daha çox hərbi yardım nəzərdə tutan qanun layihəsi bəzi demokratların müqaviməti ilə də üzləşə bilər.

Vermontdan olan senator Bernie Sanders İsrailin hücum silahları üçün büdcədən 10 milyard dollar çıxarılmasını təklif edib.

 



Әlaqәli Xәbәrlәr