Netanyahu Rəfaha qurudan hücum ediləcəyinin siqnalını verib

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hücumlarından qaçan 1,5 milyona yaxın insanın sığındığı Rəfah şəhərinə qurudan hücum edəcəklərinə işarə edib.

2097406

İsrailin Baş Nazirlik ofisi Netanyahunun Qəzzaya hücumlarla bağlı Nazirlər Kabinetinin iclasındakı açıqlamalarını yayımlayıb.

Buna görə, Netanyahu ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətlə münasibətlərdə heç bir dəstəyə ehtiyacı olmadığını vurğulayaraq, “"Həması" ortadan qaldırmağın” əsas məqsədlərinin olduğunu bildirib.

Netanyahu iddia edib ki, “Həmas"ın indiyədək 24 batalyonundan 17-ni məhv ediblər”: “Qalan batalyonların əksəriyyəti (Qəzzanın) cənub zolağında və Rəfahdadır, biz onlarla məşğul olacağıq”.

Xatırladaq ki, "Həmas"ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.

Buna cavab olaraq İsrail ordusu Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Dərinləşən gərginlikdə əksəriyyəti uşaq olmaqla 27 mindən çox fələstinli həyatını itirib.

Әlaqәli Xәbәrlәr