“İsrail bu əməliyyat planının bir hissəsiydi”, D.Tramp

Amerikanın “Fox News” telekanalına müsahibəsində D.Tramp bildirib ...

2097732
“İsrail bu əməliyyat planının bir hissəsiydi”, D.Tramp

 

  ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin İran İnqilab Mühafizləri Korpusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürüldüyü əməliyyat planının bir hissəsi olduğunu, ancaq Benyamin Netanyahunun bundan 2 gün qala vaz keçdiyini deyib.  

  Amerikanın “Fox News” telekanalına müsahibəsində D.Tramp bildirib: “İsrailin baş naziri B.Netanyahu uzun müddətdi Q.Süleymaniyə qarşı əməliyyatın mühüm bir parçası idi və bu prosesdə bir çox mövzuda birgə çalışdıq.

  "Biz Qasım Süleymanini İsraillə birgə vurmalıydıq. Hücumdan iki gün əvvəl "Biz bunu edə bilmərik" dedi. Sonra biz öz generalımıza döndük "Bunu edə bilərikmi?" deyə. “Bəli, biz bacararıq, bu, sizin ixtiyarınızdadır” dedi. “Onda bunu edək” dedim. Netanyahu və İsrail bu planın mühüm hissəsiydi".

  Xatırladaq  ki, Qasım Süleymani 2020-ci il yanvarın 3-də İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub və bu hadisədən sonra Amerika ilə İran arasında gərginlik daha da artıb.



Әlaqәli Xәbәrlәr