Dünyanın gözü önündə Qəzzada görünməmiş bir fəlakət baş verir

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sosial media hesabında paylaşılan yazıda İsrailin hücumları və blokadası altında olan Qəzza zolağında gündən-günə dərinləşən aclıq və humanitar böhrana diqqət çəkilib

2097173
Dünyanın gözü önündə Qəzzada görünməmiş bir fəlakət baş verir

 

 Birləşmiş Millətlər Təşkilatı İsrailin xalqı ac və susuz qalmağa məcbur etdiyi Qəzza zolağındakı misli görünməmiş fəlakətdə insanları dünyanın gözü qarşısında ölməyə məhkum etməyə davam etdiyini bildirib.

  BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sosial media hesabında paylaşılan yazıda İsrailin hücumları və blokadası altında olan Qəzza zolağında gündən-günə dərinləşən aclıq və humanitar böhrana diqqət çəkilib.

  Bəyanatda yazılır: “Gözümüzün önündə Qəzzada görünməmiş bir fəlakət baş verir. Blokada altında olan Qəzza saatbasaat ​​çarəsizləşir. İnsanlar dünyanın gözü qarşısında ölürlər”.

  Qəzzada 2 milyondan çox adamın böyük humanitar ehtiyacları 16 donor ölkənin UNRWA-ya maliyyə dəstəyini dayandırma qərarından sonra daha da dərinləşib”.

  Qeyd edək ki, UNRWA-nın baş komissarı Filip Lazzarini də xəbərdarlıq edib ki, quruma maliyyə dəstəyi dayandırılmağa davam edərsə, fevralın sonundan sonra onlar böyük ehtimalla təkcə Qəzzada deyil, bütün regionda işlərini dayandırmalı olacaqlar.

  BMT Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, İsrailin intensiv hücumu altında olan Qəzza zolağında 2,2 milyon insan aclıq təhlükəsi ilə üzləşib.

  İsrailin 2023-cü ilin 7 oktyabrından Qəzza zolağına etdiyi hücumlarda təxminən 12 mini uşaq və 8190-ı qadın olmaqla 27 min 238 fələstinli həlak olub, 66 min 452 nəfəri isə yaralanıb.

  Dağıntılar altında minlərlə ölü olduğu bildirilir.

  İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.



Әlaqәli Xәbәrlәr