ABŞ Yəmənə zərbə endirdi

Bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb

2097161
ABŞ Yəmənə zərbə endirdi

 

  ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirib. Bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.

  Məlumatda qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının qüvvələri husilərin Qırmızı dənizdə gəmilərə qarşı buraxmağa hazırlaşdıqları qanadlı raketlərə özünümüdafiə məqsədilə yerli vaxtla səhər saat 4 radələrində zərbə endirib.

  ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində qanadlı raketi müəyyənləşdirib və onun bölgədəki ABŞ Hərbi Dəniz Donanmasının gəmiləri, eləcə də ticarət gəmiləri üçün ciddi təhlükə yaratdığını müəyyənləşdirib.

  “Bu əməliyyat dəniz nəqliyyatının hərəkətinin və beynəlxalq suların ABŞ Hərbi Dəniz Donanması və ticarət gəmiləri üçün daha təhlükəsiz olmasını təmin edəcək”, - deyə CENTCOM-un “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda bildirilib.

 



Әlaqәli Xәbәrlәr