İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir

İsrailin səhər saatlarında Qəzza zolağında əksəriyyəti uşaq və qadın olmaqla 19 nəfəri də  öldürdüyü bildirilib.

2097024
İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirməyə davam edir

İsrailin Qəzza zolağına hücumları davam edir.
İsrailin səhər saatlarında Qəzza zolağında əksəriyyəti uşaq və qadın olmaqla 19 nəfəri də  öldürdüyü bildirilib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı xəbərdə bu ifadələrvə yer verilib: "İşğalçı qüvvələrin döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah və cənubdakı Rəfahda 3 evi bombalaması nəticəsində 18 nəfər ölüb''.
Xəbərdə hücumda həyatını itirənlər arasında qadın və uşaqların olduğu, hücumlar nəticəsində onlarla fələstinlinin də yaralandığı bildirilib.
Qəzza şəhərinin qərbində yerləşən Nasr rayonunda bir fələstinlinin snayper tərəfindən öldürüldüyü də qeyd edilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 11500-ü uşaq, 8 mini də qadın olmaqla 27131 fələstinli həlak olub, 66 min 287 nəfər isə yaralanıb.
Dağıntılar altında minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr