İsrailin Qəzzaya intensiv hücumları davam edir

2023-cü il oktyabrın 7-dən bu yana İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı 27131-ə çatıb.

2096807
İsrailin Qəzzaya intensiv hücumları davam edir

2023-cü il oktyabrın 7-dən bu yana İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı 27131-ə çatıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin Qəzza zolağına 119 gündür davam edən hücumları ilə bağlı məlumat verib. Qəzza zolağında son 24 saatda daha 112 fələstinlini öldürdüyünü, 148 fələstinlini də yaraladığını bildirən Kudra 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 27131-ə, yaralıların sayının isə 66 287-ə yüksəldiyini qeyd edib.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğunu, lakin həkim briqadaları və mülki müdafiə əməkdaşlarının cəsədlərin olduğu bölgəyə gedə bilmədiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr