İsrail ordusu Qəzzadakı bəzi tunellərin dəniz suyu ilə doldurulduğunu təsdiqlədi

İsrail ordusundan verilən yazılı açıqlamada ''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid bəzi tunellərə çox miqdarda dəniz suyunun dordurulduğu bildirilib.

2095504
İsrail ordusu Qəzzadakı bəzi tunellərin dəniz suyu ilə doldurulduğunu təsdiqlədi

İsrail ordusu Qəzza zolağındakı bəzi tunellərin dəniz suyu ilə doldurulduğuna dair yayılan xəbəri təsdiqləyib.
İsrail ordusundan verilən yazılı açıqlamada ''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid bəzi tunellərə çox miqdarda dəniz suyunun dordurulduğu bildirilib.
Açıqlamada nasos və borular vasitəsilə tunellərə suyun doldurulduğu qeyd edilib, torpaq və su yolları ilə bağlı tədqiqatların aparıldığı və qrunt sularının zərər görməsinin qarşısının alındığı irəli sürülüb.
Açıqlamada həmçinin bu ifadələrə yer verilib: "Son illərdə İsrail ordusu və İsrail təhlükəsizlik orqanlarının inkişaf etdirdiyi bu üsulla ''Həmas''ın  Qəzza zolağındakı yeraltı infrastrukturuna qarşı əməliyyatlar aparılır".



Әlaqәli Xәbәrlәr