Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerklif ölkəsinin İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

2095341
Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerklif ölkəsinin İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İran Xarici İşlər Nazirliyi səfir Saymon Şerklifin Böyük Britaniyanın İrana qarşı əsassız ittihamlarından sonra nazirliyə çağırıldığını və ona rəsmi Tehranın sərt etirazının çatdırıldığını açıqlayıb.
Böyük Britaniyanın yeni sanksiya qərarının bu ölkənin İrana qarşı dağıdıcı hərəkətlərinin son həlqəsi kimi qiymətləndirildiyi və rəsmi Tehranın bu ölkənin qərarını qətiyyətlə pislədiyi bildirilib.
Məlumata görə, Böyük Britaniya səfiri Tehranın etirazını Londona çatdıracağını qeyd edib.



Әlaqәli Xәbәrlәr