İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib

Pakistanın keçmiş Baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.

2095146
İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib

Pakistanın keçmiş Baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, eyni zamanda sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də həbs olunub.

Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) sözçüsü Syed Zülkifar Buxari, Xan və Qureşiyə verilən həbs cəzaları ilə bağlı yuxarı məhkəməyə müraciət edəcəklərini açıqlayıb.

Xatırladaq ki, İmran Xan mühakimə olunduğu korrupsiya işində ona qarşı verilən həbs qərarından sonra avqustun 5-də polis tərəfindən tutularaq həbsxanaya göndərilib.

3 illik həbs cəzası avqustun 29-da təxirə salınan İ.Xan zaminə buraxılıb. Lakin ertəsi gün hakim prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittiham olunan Xanın həbs müddətini uzadıb.

Əvvəlki xarici işlər naziri Şah Mahmud Qureşi avqustun 19-da paytaxt İslamabaddakı evində yaxalanıb və oxşar səbəbdən həbsxanaya göndərilib.



Әlaqәli Xәbәrlәr