Dmitri Peskov ABŞ-ın İrana mümkün hücumunu qiymətləndirib

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın İran obyektlərinə qarşı mümkün cavab hücumuna müsbət baxmadılarını ifadə edərək "İndi gərginliyi azaltmaq üçün addımlar atmağın vaxtıdır" dedi.

2095266
Dmitri Peskov ABŞ-ın İrana mümkün hücumunu qiymətləndirib

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın İran obyektlərinə qarşı mümkün cavab hücumuna müsbət baxmadılarını ifadə edərək "İndi gərginliyi azaltmaq üçün addımlar atmağın vaxtıdır" dedi.
Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə ABŞ-ın Suriya-İordaniya sərhədindəki Amerika bazasına hücuma cavab olaraq İran obyektlərinə mümkün hücumunu qiymətləndirib.
Dmitri Peskov vurğulayıb ki, bölgədə gərginliyi artıracaq addımlardan qaçınmaq lazımdır.
“Regionda yüksək münaqişə potensialını nəzərə alaraq, biz vəziyyətin sabitliyinin pozulmasına və gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkəti alqışlamırıq”,-deyə Dmitri Peskov vurğulayıb.
Dmitri Peskov gərginliyin azaldılması üçün addımların atılması lazım olduğunu ifadə edərək “Bölgədəki gərginliyin səviyyəsinin son dərəcə narahatlıq doğurduğuna inanırıq. İndi gərginliyi azaltmaq üçün addımlar atmağın vaxtıdır. Bu, xüsusilə Yaxın Şərqdə münaqişənin daha da yayılmasının qarşısını almağa kömək edə biləcək yeganə şeydir. Bu, hazırda bizim üçün son dərəcə vacibdir" deyib.
Ağ Evin Suriya-İordaniya sərhədindəki Amerika bazasına hücumla bağlı verdiyi yazılı açıqlamaya görə, prezident Co Bayden hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib.
Hücuma görə məsuliyyət daşıyanların ABŞ-ın seçdiyi vaxt və şəkildə cavab verəcəklərini qeyd edən Bayden, bu çərçivədə mübarizəyə davam edəcəklərini vurğulayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin şəhid olduğu, 34 nəfərin isə yaralandığı bildirilib.


Etiketlәr: #İran , #ABŞ , #Dmitri Peskov

Әlaqәli Xәbәrlәr