ABŞ 2023-cü ildə hansı ölkələrə nə qədər silah satıb?

ABŞ-ın silah satışı 2023-cü ildə yüksək dərəcədə artıb

2095150
ABŞ 2023-cü ildə hansı ölkələrə nə qədər silah satıb?

 

  ABŞ-ın silah satışı 2023-cü ildə yüksək dərəcədə artaraq 238 milyard dollara çatıb.

  BBC xəbərlərinə görə, ABŞ Dövlət Departamenti oktyabr ayında hökumətin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirib.

  Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, 2023-cü ildə ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.

  Müdafiə potensialını genişləndirməyə çalışan Ukraynanın qonşusu Polşa ABŞ-dan ən çox silah alan ölkələrdən biri olub.

  12 milyard dollar dəyərində “Apache” helikopterləri alan Polşa HİMARS reaktiv yaylım atəş sistemi üçün 10 milyard dollar, M1A1 “Abrams” tankları üçünsə 3,75 milyard dollar ödəyib. Polşa həmçinin inteqrasiya olunmuş hava və raketdən müdafiə döyüş sistemlərinə 4 milyard dollar xərcləyib.

  ABŞ-ın silah satışları Ukrayna müharibəsilə əlaqədar ikinci ən böyük silah satıcısı olan Rusiyadan uzaqlaşan ölkələrə artıb.

  Almaniya “Chinook” tipli helikopterlərə 8,5 milyard dollar xərcləyib.

  Bolqarıstan “Stryker” tipli zirehli maşınlar üçün 1,5 milyard dollar ödəyib.

  Norveç 1 milyard dollar dəyərində çoxfunksiyalı helikopterlər alıb.

  Çexiya F-35 döyüş təyyarələri və silah-sursata 5,6 milyard dollar verib.

  ABŞ silahlarına Avropadan kənarda da alıblar.

  Cənubi Koreya F-35 döyüş təyyarələri üçün 5 milyard, Avstraliya C130J-30 “Super Hercules” tipli təyyarələr üçün 6,3 milyard dollar xərcləyib.

  Yaponiya həmçinin E-2D “Hawkeye” tipli müşahidə təyyarəsi üçün 1 milyard dollarlıq razılaşma əldə edib.



Әlaqәli Xәbәrlәr