ÜST donorları UNRWA-ya maliyyə dəstəyini dayandırmamağa çağırıb

Qebreyesus donorları Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Orta Şərq Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırmamağa çağırıb.

2094548
ÜST donorları UNRWA-ya maliyyə dəstəyini dayandırmamağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus donorları Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Orta Şərq Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırmamağa çağırıb.

Qebreyesus "X" sosial media platformasında İsrail rəsmilərinin UNRWA işçilərinin "Həmas"ı dəstəklədiyini iddia etməsindən sonra bəzi ölkələrin təşkilata maliyyə dəstəyini dayandırması ilə bağlı paylaşım edib.

Donorları bu kritik zamanda UNRWA-ya verdikləri vəsaiti dayandırmamağa çağıran Qebreyesus "Maliyə dəstəyin kəsilməsi yalnız dəstəyə çox ehtiyacı olan Qəzza xalqına zərər verəcək" deyib.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterres İsrail rəsmilərinin "Həmas"ın 7 oktyabr hücumlarında UNRWA əməkdaşlarının əli olduğuna dair iddialarının təcili araşdırılmasını istəyib.

UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.

Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ və Fransa UNRWA-ya maliyyə dəstəyini müvəqqəti olaraq dayandırmağa qərar verdiklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr