İsrailin Qəzza zolağına hücumlarının 114-cü günü

Fələstin Səhiyyə Nazirliyinin Qəzza üçün yazılı məlumatına görə ...

2094294
İsrailin Qəzza zolağına hücumlarının 114-cü günü

 

  İsrailin Qəzza zolağına hücumlarının 114-cü günündə həlak olan fələstinlilərin sayı 26.422, yaralıların sayı isə 65.87-yə yüksəlib.

  Fələstin Səhiyyə Nazirliyinin Qəzza üçün yazılı məlumatına görə, İsrailin 27 yanvarda Qəzzaya təşkil etdiyi hücumlarda 165 adam ölüb, 290 nəfərsə müxtəlif formada yaralanıb.

  Hücumlar davam etdiyi üçün təcili tibbi yardım və mülki müdafiə qrupları dağıntılar altında olanlara və yollardakı yaralılara çata bilmir.

  Bu arada, Qəzza zolağının müxtəlif bölgələrində yağan leysan yağışlar yüz minlərlə adamın sığındığı çadır və sığınacaq mərkəzlərində daşqınlara səbəb olub. İnsanların yorğan-döşək, qış geyimləri, soba kimi istilik sistemləri ilə bağlı problemlərin olduğu bir vaxtda güclü yağışlar həyatı daha da çətinləşdirib.

  Fələstinin Mülki Müdafiə Nazirliyi sözçüsü Məhəmməd Basal bildirib ki, son günlər Qəzzanın müxtəlif şəhərlərində çadır və evlər su altında qalıb. Yağış suyu nasoslarının işlədilməsi və xilasedici maşınların su basmış ərazilərə daşınması üçün lazımi miqdarda yanacağın olmaması mülki müdafiə qruplarının işinə mane olur. Ərzaq qıtlığı və qiymətlərin baha olması səbəbindən köçkünlər həyat və sağlamlıq şəraitinin pisləşməsindən əziyyət çəkir. Epidemik xəstəliklərin də yayılması narahatlığı daha da artırır.



Әlaqәli Xәbәrlәr