İsrail ordusu Livana qarşı döyüş hazırlıqlarını artırır

İsrail ordusunun açıqlamasında bildirilir ...

2094206
İsrail ordusu Livana qarşı döyüş hazırlıqlarını artırır

 

  İsrail ordusu Livana qarşı şimal cəbhəsindəki batalyon səviyyəsində şəhər döyüşü və həqiqi sursatla döyüş hazırlığı üçün təlimlərini artırdığını açıqlayıb.

  İsrail ordusunun açıqlamasında müharibəyə hazırlıqların ötən həftə Şimal Regional Komandanlığı tərəfindən aparıldığı, tağımlardan başlayaraq piyadaların da iştirakı ilə tabor səviyyəsindəki birliklərə və mühəndis bölmələrinə tankerlər və artilleriya üzrə intensiv təlimlər keçilir.  

  Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qallant şimal sərhədindən kənarda Livanda Hizbullah qüvvələrinə qarşı müharibə aparmaları ilə bağlı dəfələrlə bəyanatlar veriblər.

  Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə sərhəddə Hizbullah arasında davam edən qarşıdurmalarda 30 livanlı mülki vətəndaş və 171 hizbullahçı, 6 İsrail vətəndaşı və 10 əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr