İsraildən daha Cənubi Afrikaya uçuş olmayacaq

İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə ...

2094134
İsraildən daha Cənubi Afrikaya uçuş olmayacaq

 

  İsrail hava yolu şirkəti “El Al” Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldıran Cənubi Afrikaya uçuşları dayandıracağını açıqladı.

  İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, “El Al” mart ayının sonundan etibarən Cənubi Afrikanın Yohannesburqa uçuşlarını dayandıracaq.

  “Times of İsrael” qəzetinin yazdığına görə, Cənubi Afrika rəsmi Tel-Avivə qarşı soyqırım iddiası açdıqdan sonra İsrail vətəndaşları onsuz da Cənubi Afrikaya uçmaq istəmədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr