Fransa fermerləri üsyana qalxıb

Bu barədə “X” sosial şəbəkəsində Gare departamentinin prefekti Cerom Bonnet məlumat verərək bildirib ...

2094081
Fransa fermerləri üsyana qalxıb

 

  Fransada üzləşdikləri böhrana etiraz edən fermerlər Nimes bələdiyyəsində gömrük idarəsini yandırıblar. Bu barədə “X” sosial şəbəkəsində Gare departamentinin prefekti Cerom Bonnet məlumat verərək bildirib: “27 yanvarı axşam saat 19:15-dən etibarən Nimes gömrük məntəqəsində yanğın baş verib. Bunun səbəbinin kənd təsərrüfatı texnikasından istifadə edən insanların içəri daxil olması olduğu güman edilir. Yanğının törədilməsini pisləyirik və cinayətkarların tapılması üçün tədbirlər görülür.”

  Qeyd edək ki, Fransada fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına və Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsinə etiraz edirlər. Fermerlər, həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və sərt kənd təsərrüfatı qanunlarına qarşı tənzimlənmələr istəyirlər. Onlar bütün bunlara etiraz olaraq yolları traktorlarla bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.

 



Әlaqәli Xәbәrlәr