ABŞ Dövlət Departamenti Yunanıstana “F-35” satışını təsdiqlədi

Bu barədə Pentaqon məlumat yayıb ...

2094100
ABŞ Dövlət Departamenti Yunanıstana “F-35” satışını təsdiqlədi

 

  ABŞ Dövlət Departamenti Yunanıstana 8,6 milyard dollar dəyərində F-35 qırıcı təyyarələrinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib. Bu barədə Pentaqon məlumat yayıb. Söhbət 40-a qədər qırıcı, 42 ədəd mühərrik, istiqamətləndirici sistemlər, ehtiyat hissələri və digər avadanlıqların alınmasından gedir. Pentaqon bildirib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına zərər gətirməyəcək və regionda “əsas hərbi balansı dəyişməyəcək”.

  Əsas podratçılar “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.



Әlaqәli Xәbәrlәr