Sudanda köç dalğası başladı

Sudanın cənubundakı Qərbi Kürdufan əyalətində ordu ilə müqavimət qüvvələri (HDK) arasında 3 gündür intensivləşən qarşıdurmalar səbəbindən çox sayda mülki vətəndaş köç edib.

2094000
Sudanda köç dalğası başladı

Sudanın cənubundakı Qərbi Kürdufan əyalətində ordu ilə müqavimət qüvvələri (HDK) arasında 3 gündür intensivləşən qarşıdurmalar səbəbindən çox sayda mülki vətəndaş köç edib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin  (OCHA) yaydığı hesabatda 23 yanvarda Qərbi Kürdufan əyalətinin Babanusa şəhərində Sudan Silahlı Qüvvələri ilə HDK arasında qarşıdurmaların yenidən intensivləşdiyi bildirilib.

Ordunun Babanusa şəhərinin cənubundakı HDK mövqelərinə endirdiyi hava zərbələrinin bütün şəhər boyu mülki əhalinin geniş miqyaslı yerdəyişməsinə səbəb olduğu bildirilən hesabatda köçkünlərin sayı ilə bağlı təxminlərin hələ də təsdiqlənmədiyi qeyd edilib.

Sudan Fövqəladə Vəkillər Komissiyası yanvarın 24-də verdiyi açıqlamada Babanusa şəhəri və ətraf kəndlərə hücum edən HDK ilə Sudan ordusu arasında yüngül və ağır silahlar, döyüş təyyarələri və artilleriya ilə qarşıdurmaların olduğunu açıqlayıb.

Qarşıdurmalarda 23 mülki şəxsin həyatını itirdiyini bildirən komissiya, 30-dan çox adamın yaralandığını, çox sayda mülki vətəndaşın təhlükəsiz bölgələrə qaçdığını bildirib.

HDK-nın Sudan ordusunun 22-ci Piyada Diviziya Komandanlığının yerləşdiyi şəhərə nəzarət etməyə çalışdığı iddia edilir.

Sudanda 2023-cü ilin aprel ayının ortalarından etibarən Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın komandanlığı altındakı ordu ilə HDK arasında şiddətli toqquşmalar yaşanır.


Etiketlәr: #köç dalğası , #Sudan

Әlaqәli Xәbәrlәr