Qəzzada həlak olanların sayı 26 minə yaxınlaşıb

İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son bir həftədə 1280 nəfər artaraq 25 min 900-ə çatıb.

2093664

Qəzzadakı Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 111 gün əvvəl Qəzza zolağına başladığı və intensiv şəkildə davam etdirdiyi hücumlarla bağlı məlumat verilib.

Oktyabrın 7-dən blokadada olan Qəzza zolağına edilən hücumlarda həlak olan fələstinlilərin sayının son bir həftədə 1280 nəfər artaraq 25 min 900 nəfərə, yaralı sayının isə 64 min 110 nəfərə yüksəldiyi qeyd edilib.

Açıqlamada tibbi yardımın hələ də Qəzza ilə məhdudlaşdığı və xəstəxanalardakı əsas ehtiyacları qarşılamadığı vurğulanıb və beynəlxalq təşkilatlar; təcili yardım xidmətləri, reanimasiya şöbələri, əməliyyat otaqları və inkubatorlar, həmçinin xərçəng və qan xəstələrinin ehtiyac duyduğu dərman və tibbi ləvazimatlarla təmin olunması üçün çağırış edilib. 
Açıqlamada Qəzzada 7 min yaralı və xəstənin həyatlarını xilas etmək üçün xaricdə müalicəyə ehtiyacı olduğu da vurğulanıb.

Әlaqәli Xәbәrlәr