''Həmas'' atəşkəslə bağlı şərtini açıqladı

''Həmas'' hərəkatının siyasi bürosunun üzvü Usame əl-Həmdan bildirib ki,  İsraillə mümkün məhbus mübadiləsi razılaşmasının yeganə şərti Qəzza zolağına hücumların tamamilə dayandırılmasıdır.

2093665
''Həmas'' atəşkəslə bağlı şərtini açıqladı

''Həmas'' hərəkatının siyasi bürosunun üzvü Usame əl-Həmdan bildirib ki,  İsraillə mümkün əsir mübadiləsi razılaşmasının yeganə şərti Qəzza zolağına hücumların tamamilə dayandırılmasıdır.

Usame Əl-Həmdan 111 gündür İsrailin hücumlarına məruz qalan Qəzza zolağı ilə bağlı ''Həmas''ın Livanın paytaxtı Beyrutdakı ofisində açıqlamalar verib.

Vasitəçi ölkələrin İsrail və ''Həmas'' arasında yeni əsir mübadiləsi razılaşması və hücumların tamamilə dayandırılması ilə bağlı təkliflərini ciddi qiymətləndirdiklərini ifadə edən Usame əl-Həmdan deyib: “Saxlanılan sionist əsgərlərin ailələrinə qovuşa bilməsi üçün xalqımıza qarşı hücumlar tamamilə dayandırılmalıdır''.

Usame Əl-Həmdan İsrailin Baş naziri Benyamin Netanyahunun xəyal dünyasında yaşadığını və Qəzzaya qarşı müharibəni israrla davam etdirməklə bəzi məqsədlərinə çatmaq istədiyini bildirib.

''Qəzza yalnız onun arzularının, planlarının, xəyallarının və ordusunun məzarı olacaq”,-deyə Usame Əl-Həmdan qeyd edib.

Usame Əl-Həmdan Benyamin Netanyahunun öz yalanlarını və xəyallarını xalqına satmağa çalışdığını vurğulayaraq deyib: “Netanyahu hər gün ölən və ya ''Həmas'' tərəfindən əsir götürülən İsrail əsgərlərinin həyatı ilə maraqlanmır”.



Әlaqәli Xәbәrlәr