ABŞ əhalisinin üçdə biri İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini düşünür

Amerika Birləşmiş Ştatları əhalisinin üçdə birinin İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini düşündüyü müəyyən edilib.

2093687
ABŞ əhalisinin üçdə biri İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini düşünür

Amerika Birləşmiş Ştatları əhalisinin üçdə birinin İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini düşündüyü müəyyən edilib.
Böyük Britaniyanın ''The Economist'' jurnalı və ''YouGov'' araşdırma şirkəti tərəfindən yanvarın 21-23-də keçirilən sorğuda 1664 nəfər iştirak edib.
Sorğuda iştirak edənlər, "Sizcə, İsrail fələstinli mülki şəxslərə qarşı soyqırım törədirmi?" sualına cavab verib.
Sorğuda iştirak edənlərin 35 faizi “hə”, 36 faizi “yox”, 29 faizi isə “qərarsız” olduğunu deyib.
''İsrailin Qəzzaya hücumlarının daha ​​geniş miqyaslı müharibəyə gətirib çıxarıb-çıxarmayacağı'' ilə bağlı sualı cavablandıran iştirakçıların 55 faizi isə ''böyük ehtimalla'' cavabını verib.
İştirakçıların təxminən 18 faizi eyni suala mənfi cavab verib, 19 faizi isə bitərəf qalıb.
Sorğuda iştirak edənlərin 8 faiz  də “bu, artıq daha genişmiqyaslı müharibəyə gətirib çıxarıb” cavabını verib.
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq və qadınlar olmaqla təxminən 26 min fələstinli həlak olub.



Әlaqәli Xәbәrlәr