NATO "soyuq müharibə" dövründən bəri ən böyük hərbi təlimlərə start verib

NATO "soyuq müharibə" dövründən bəri bir neçə ay çəkəcək ən böyük hərbi təlimi "Sarsılmaz müdafiəçi-2024" ("Steadfast Defender-2024") adı altında başlayıb.

2093241

NATO-dan verilən açıqlamada ABŞ-ın "USS Gunston Hall" desant gəmisinin Virciniya ştatındakı Norfolkdan yola düşdüyü və bir sıra əməliyyatlardan sonra Atlantikanın o biri sahilinə çatacağı bildirilib.

Açıqlamada "HMCS Charlottetown" freqatının da təlim çərçivəsində Kanadanın Yeni Şotlandiya əyalətinin Halifaks şəhərindən Avropaya yola düşəcəyi və Alyansın qüvvələrini Şimali Amerikadan Atlantikanın o biri tərəfinə hərəkət etdirərək Avropa-Atlantik bölgəni gücləndirmək qabiliyyətini nümayiş etdirəcəyi bildirilib. 

31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlimin may ayının sonuna qədər davam edəcəyi açıqlanıb.

NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük təliminin Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi və Rusiya ilə mümkün müharibə ssenarilərinin də yer alacağı gözlənilir.

NATO-nun Soyuq Müharibə dövründə sonuncu böyük təlimi 1988-ci ildə 125 min iştirakçı ilə keçirilən “REFORGER" təlimi olub.

Әlaqәli Xәbәrlәr