İsrail Xan Yunus şəhərinə zərbə endirib

10 min dinc fələstinlinin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) təlim mərkəzində 12 nəfər ölüb, onlarla insan yaralanıb.

2093450
İsrail Xan Yunus şəhərinə zərbə endirib

İsrail Qəzza zolağında Xan Yunus şəhərinə zərbə endirib.

10 min dinc fələstinlinin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) təlim mərkəzində 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Hücumdan sonra BMT baş katibinin müavini Martin Qriffits Qəzza zolağında aylardır baş verənləri “vicdansızlıq” adlandırıb.

Qriffits İsrailin fələstinlilərdən bölgəni boşaltmalarını istədiyini, lakin onlar tərk etmək fürsəti tapa bilmədən oranı bombaladığını söyləyib.

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese də xatırladıb ki, bu, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna görə ağır beynəlxalq cinayətdir.

Beynəlxalq müşahidəçilər İsrailin Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunduğu günlərdə Qəzza zolağında davam edən vəhşi hücumlarına diqqət çəkiblər.

Qeyd edək ki, İsrail günlərdir ki, Qəzza zolağında Xan Yunisi bombalayır. İnsanlar təşviş içində şəhəri tərk edərək Refaha çatmağa çalışırlar. Amma Qəzza zolağında heç bir yer təhlükəsiz deyil.

İsrailin Xan Yunusa hücumları ilə bağlı yaydığı görüntülər şəhərdəki dağıntıları və vəhşiliyi gözlər önünə sərir.

Fələstinin müqavimət hərəkatı "Həmas" da Xan Yunisdəki qarşıdurmalarda 10 İsrail əsgərinin öldürüldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr