İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində bir fələstinlini öldürüb.

2093452
İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində bir fələstinlini öldürüb.
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Biyr əl-Başa qəsəbəsində bir evi mühasirəyə aldıqları bildirilib.
İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində 24 yaşlı Vəlid Məhəmməd Həsənin həyatını itirdiyi bildirilib.
Şahidlərin məlumatına görə, öldürülən fələstinlinin qardaşı da saxlanılıb.
İsrail qüvvələrinin mühasirəyə aldıqları evi dağıtdığı bildirilib.
İsrailin oktyabrın 7-dən bəri davam edən hücumlarında işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə öldürülən fələstinlilərin sayı 373-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr