Çinin Ciansi vilayətinin Sinyu şəhərində 39 nəfərin ölümünə səbəb olan yanğın

Çinin Ciansi vilayətinin Sinyu şəhərində 39 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar 12 nəfər saxlanılıb.

2093296
Çinin Ciansi vilayətinin Sinyu şəhərində 39 nəfərin ölümünə səbəb olan yanğın

Çinin Ciansi vilayətinin Sinyu şəhərində 39 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar 12 nəfər saxlanılıb.

Bunu hadisə ilə əlaqədar keçirilmiş mətbuat konfransında səlahiyyətli orqanların təmsilçiləri açıqlayıb. Bildirilib ki, ilkin təhqiqata əsasən, yanğına binanın zirzəmi qatındakı marketin soyuducu anbarının quraşdırılması zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla saat 15:24-də Sinyu şəhərində çoxməqsədli binanın zirzəmi qatında güclü yanğın başlayıb. Yanğın təxminən 3 saat 30 dəqiqədən sonra söndürülüb, axtarış işləri isə 20:50-də başa çatıb. Texnogen fəlakət nəticəsində 39 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Ötən həftə ölkədə məktəb yataqxanasında baş verən yanğında 13 tələbə həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr