Braziliyada daşqınlar 12 nəfərin həyatına son qoyub

Braziliyanın Rio-de-Janeyro şəhərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb.

2093540
Braziliyada daşqınlar 12 nəfərin həyatına son qoyub

Braziliyanın Rio-de-Janeyro şəhərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb.
Rio-de-Janeyro bələdiyyə başçısı Marselo Krivella mətbuata verdiyi açıqlamada bəzi şəhərlərdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Bir həftədir davam edən leysan yağışları səbəbindən 12 nəfərin öldüyünü qeyd edən Marselo Krivella ötən həftə fövqəladə vəziyyət  elan etdiklərini xatırladıb.
Marselo Krivella magistral yolların və onlarla evin su altında qaldığını və bu ərazilərə təcili humanitar yardımın çatdırılacağını bildirib.
Əvvəlki illərdə şəhərdə yağan leysan yağışları nəticəsində yaşanan sel və torpaq sürüşmələrində onlarla insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr