“Üçüncü mərhələ 6 ay çəkəcək”, B.Netanyahu

İsrail Dövlət Televiziyası KAN-ın xəbərinə görə ...

2092709
“Üçüncü mərhələ 6 ay çəkəcək”, B.Netanyahu

 

  İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin üçüncü mərhələsinin təxminən 6 ay davam edəcəyini söyləyib.

  İsrail Dövlət Televiziyası KAN-ın xəbərinə görə, B.Netanyahu nazirlərlə görüşündə Qəzza zolağına edilən hücumlarla bağlı məlumat verərək deyib: “İsrail ordusunun Qəzza zolağının şimalında başlayan müharibənin üçüncü mərhələsini başa vurması altı ay çəkəcək. Daha əvvəl demişdik “hava hücumları hissəsi 3 həftə çəkəcək”, belə də oldu. “Quru manevrlərindən ibarət ikinci hissə 3 ay çəkəcək” demişdik, belə də oldu. İndi üçüncü hissə olan “nəzarət və təmizlənmə 6 ay çəkəcək" deyirik. 

  İsrail ordusu ehtiyat əsgərləri tərxis etməklə və konsentrasiyalı şəkildə döyüşə hazırlamaq üçün hərbçilərini nizamlı şəkildə geri çəkərək Qəzzada olan ordu sayını azaldıb.

  Üçüncü mərhələdə Qəzzaya qurudan hücumlar dayandırılacaq, əsgərlər ixtisar ediləcək, ehtiyatda olan hərbçilər buraxılacaq və hədəfli hücumlara başlanılacaq. Bu mərhələdə Qəzza zolağında təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulur.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam biriəşmələri 2023-cü il oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə əksəriyyəti uşaq olmaqla 25 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr