İsveç TBMM-nin qərarını alqışlayıb

Ulf Kristersson ölkəsinin NATO-da iştirakı ilə bağlı qanun layihəsinin Türkiye Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilməsindən sonra tamhüquqlu üzvlüyə daha bir addım yaxınlaşdıqlarını bildirib.

2092635
İsveç TBMM-nin qərarını alqışlayıb

İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-da iştirakı ilə bağlı qanun layihəsinin Türkiye Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilməsindən sonra tamhüquqlu üzvlüyə daha bir addım yaxınlaşdıqlarını bildirib.
Ulf Kristersson sosial media platforması "X" hesabında etdiyi paylaşımda "Bu gün NATO-ya tamhüquqlu üzv olmağa bir addım da yaxınlaşdıq. Türkiye Böyük Millət Məclisində İsveçin NATO-ya qoşulması ilə bağlı səsvermə prosesi müsbət nəticələndi" deyib. 

İsveçin xarici işlər naziri Tobias Billström də "X" hesabında etdiyi paylaşımda "Türkiye Böyük Millət Məclisinin bu gün İsveçin NATO müraciətinə müsbət səs verməsi alqışlanan addımdır. İndi Prezident (Rəcəb Tayyib) Ərdoğanın təsdiq sənədini imzalamasını gözləyirik. İsveç etibarlı, həmrəy və qətiyyətli NATO üzvü olacaq. Bundan sonra da terrora qarşı mübarizəmiz Türkiye ilə sıx əməkdaşlıq çərçivəsində davam edəcək” deyib.



Әlaqәli Xәbәrlәr