Antonio Quterreş: ''Qəzza xalqının kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz''

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Qəzza əhalisi tarixdə görünməmiş miqyasda və sürətlə məhv edilir.

2092491
Antonio Quterreş: ''Qəzza xalqının kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz''

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Qəzza əhalisi tarixdə görünməmiş miqyasda və sürətlə məhv edilir. Qəzza xalqının kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz.
Antonio Quterreş Qəzzada yarım milyondan çox insanın ciddi aclıqla üzləşdiyini bildirib və Qəzzaya maneəsiz humanitar yardımın çatdırılmasını istəyib.
Qəzzadakı səhiyyə sisteminin çökməsi səbəbindən xəstəliklərin yayıldığını vurğulayan Antonio Quterreş deyib: "Qəzzalılar təkcə öldürülmək və ya bombalardan yaralanma riski ilə deyil, həm də çox yoluxucu xəstəliklərə yoluxma riski ilə üz-üzədirlər''.
"Qəzzaya edilən humanitar yardımlar çox yetərsizdir. 2,2 milyon insanın ancaq yardımla sağ qalacağını düşünmək fantaziyadır'' deyən Antonio Quterreş bir daha humanitar atəşkəslə bağlı çağırış edib.



Әlaqәli Xәbәrlәr