İsrailin atəşkəs təklifini "Həmas" rədd edib

İsrailin "Həmas"ın bütün əsirlərini azad etməsi müqabilində Qəzza zolağına hücumlarını 2 ay müddətinə dayandırmaq təklifini "Həmas" daimi atəşkəs istədiklərini əsas gətirərək rədd edib.

2092131
İsrailin atəşkəs təklifini "Həmas" rədd edib

İsrailin "Həmas"ın bütün əsirlərini azad etməsi müqabilində Qəzza zolağına hücumlarını 2 ay müddətinə dayandırmaq təklifini "Həmas" daimi atəşkəs istədiklərini əsas gətirərək rədd edib.
ABŞ-dan fəaliyyət göstərən “Axios” xəbər saytının İsrail rəsmilərinə əsaslanan xəbərində İsrailin "Həmas"a yeni “atəşkəs” təklif etdiyi qeyd edilib.

Təl-Əviv rəhbərliyinin "Həmas"ın əlindəki əsirlərin hamısının azad edilməsi müqabilində Qəzzaya hücumlarını 2 ay müddətinə dayandırmağı təklif etdiyi vurğulanıb.

Xəbərdə İsrailin Qəzzada qalıcı atəşkəsi ehtiva etməyən təklifi Qətər və Misir vasitəsilə çatdırdığı, razılaşma əldə olunarsa ilk mərhələdə qadınların, 60 yaşdan yuxarı kişilərin və səhhəti kritik olan girovların azad edilməsinin planlaşdırılacağı bildirilib.

Qeyd olunub ki, növbəti mərhələlərdə qadın hərbçilərin, əsgər olmayan 60 yaşadək olan hərbi kişilərin və girovların cənazələrinin təhvil verilməsi nəzərdə tutulub.

Xəbərdə həmçinin İsrail və "Həmas"ın hər bir israilli əsir müqabilində neçə fələstinli əsirin azad ediləcəyi ilə bağlı əvvəlcədən razılaşacağı, daha sonra isə bu adların tək-tək danışılacağı bildirilib.

İsrail rəsmilərinin açıqlamasına görə, Qəzza zolağında 136 israilli əsir var.

Digər tərəfdən, "Həmas"ın media nümayəndəsi Vəlid Kilani "Müqavimətin əsas şərti müharibənin müvəqqəti olaraq, lakin hərtərəfli şəkildə dayandırılmasıdır. Əsir mübadiləsi, bölgələrə ayırma və yardım girişi kimi digər mövzular bundan sonra müzakirə ediləcək" deyib.

V.Kilani mətbuatda İsrailin bu istiqamətdə təklif etdiyinə dair xəbərləri oxuduğunu, lakin hələlik "Həmas"a rəsmi təklifin çatmadığını bildirib.

İsrail tərəfindən ediləcəyi deyilən təklifin "Həmas" üçün qəbuledilməz olduğunu bildirən Kilani bunları deyib:

"Müqavimət (Həmas) daimi atəşkəs istəyir. Məhdud təklifləri rədd edir. "Həmas"ın əsas şərti müharibənin müvəqqəti deyil, tamamilə dayandırılmasıdır. Bundan sonra əsir mübadiləsi, bərpa işləri və yardımların daxil olması kimi digər mövzular müzakirə olunacaq. Müqavimətin əsas şərti daimi və hərtərəfli atəşkəsdir. Daha sonra əsir mübadiləsi kimi bəzi detalları müzakirə edərik".



Әlaqәli Xәbәrlәr