Aİ-dən Suriyada Əsəd rejimini hədəf alan yeni sanksiyalar

Avropa İttifaqı (Aİ) Suriyada Bəşər Əsəd rejimi ilə əlaqəsi olduğu aşkarlanan 6 şəxs və 5 müəssisəyə qarşı yeni sanksiya tətbiq etmək qərarına gəlib.

2092426
Aİ-dən Suriyada Əsəd rejimini hədəf alan yeni sanksiyalar

Avropa İttifaqı (Aİ) Suriyada Bəşər Əsəd rejimi ilə əlaqəsi olduğu aşkarlanan 6 şəxs və 5 müəssisəyə qarşı yeni sanksiya tətbiq etmək qərarına gəlib.

Aİ Şurası tərəfindən verilən açıqlamada Əsədin iqtisadi müşaviri, rejimi dəstəkləyən 3 iş adamı və Əsəd ailəsi ilə əlaqədə olan 2 nəfərin sanksiya siyahısına salındığı bildirilib.

Muzdlu əsgərlərin transferi, silah ticarəti, narkotik ticarəti və ya çirkli pulların yuyulması kimi cinayətlərdə iştirak edərək Əsəd rejiminə dəstək verdiyi aşkarlanan 5 müəssisə arasında isə "Al-Dj Group", "Cham Wings", "Freebird Travel Agency", "Iloma Investment Private JSC" və "Al-Aqila"nın olduğu qeyd edilib. 

Sanksiyalar çərçivəsində siyahıya alınan şəxslər və müəssisələrin Aİ-də aktivlərinin dondurulduğu və onların iqtisadi qaynaq əldə etmələrinin qadağan edildiyi, ayrı-ayrı şəxslərə də Aİ-yə səyahət qadağasının qoyulduğu vurğulanıbl.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ildə Əsəd rejiminin öz xalqına qarşı zorakılıq tətbiq etməsindən sonra qüvvəyə minib. Aİ sanksiyalarla rejimə yaxın olan iş adamlarını və şirkətləri də hədəf alır.

Aİ-nin sanksiya siyahısında Suriyadakı Əsəd rejimi ilə əlaqəli təxminən 300 nəfər və 80-dən çox müəssisə var.



Әlaqәli Xәbәrlәr