ABŞ-ın Suriyadakı mövqelərinə hücum edilib

Hücum nəticəsində  dağıntı olub-olmadığı ilə bağlı məlumat verilməyib.

2092116
ABŞ-ın Suriyadakı mövqelərinə hücum edilib

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Koniko təbii qaz yatağına hücum edilib.
Hücum nəticəsində  dağıntı olub-olmadığı ilə bağlı məlumat verilməyib.
ABŞ ordusunun Haseke və Deyr əz-Zordakı bazaları ilin əvvəlindən bəri vaxtaşırı mənşəyi məlum olmayan raket və kamikadze PUA-larla hədəf alınır.
Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi separatçı terror təşkilatı PKK/YPG-nin, əyalət mərkəzi və digər bölgələri  isə Əsəd rejimi və İranın dəstəklədiyi qruplaşmaların nəzarəti altındadır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yanvarın 20-də ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına ballistik raket və raketlərlə edilən hücumun indiyədək həyata keçirilən en geniş miqyaslı hücum olduğunu bildirib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq həftə sonu İraqın Ənbar əyalətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına edilən hücumu qiymətləndirib.
Oktyabrın 7-dən bu yana İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara 143 hücum edildiyini bildirən Sinq yanvarın 20-də törədilən hücumun indiyədək həyata keçirilənlrdən daha geniş miqyaslı olduğunu söyləyib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının  (CENTCOM) internet saytında verilən açıqlamada yanvarın 20-də yerli vaxtla saat 18.30-da İraqın qərbindəki Ayn əl-Əsəd hərbi bazasına İranın dəstəklədiyi silahlılar tərəfindən ballistik raket və raketlərin atıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr