“Əqsa tufanı”nı niyə etdik?”

“Əqsa tufanı”nı niyə etdik?” başlıqlı 16 səhifəlik hesabatda oktyabrın 7-də baş verənlər, əməliyyatın niyə həyata keçirildiyi və bunun Fələstin məsələsi ilə əlaqəsinin nədən ibarət olduğu yer alıb

2091676
“Əqsa tufanı”nı niyə etdik?”

 

  Fələstin müqavimət hərəkatı “Həmas” oktyabrın 7-də təşkil etdiyi “Əqsa tufanı” ilə bağlı hesabat yayıb.

  “Əqsa tufanı”nı niyə etdik?” başlıqlı 16 səhifəlik hesabatda oktyabrın 7-də baş verənlər, əməliyyatın niyə həyata keçirildiyi və bunun Fələstin məsələsi ilə əlaqəsinin nədən ibarət olduğu yer alıb.

  İsrailin iddialarını təkzib etmək və faktları üzə çıxarmaq məqsədi ilə hazırlandığı bildirilən hesabatda yazılır: “Əqsa tufanı” İsrailin Fələstin davasını ləğv etmək, torpaqlarını ələ keçirmək, yəhudiləşdirmək və tam hökmranlıq qurmaq planlarına qarşı çıxmaq məqsədi daşıyır, zəruri addım və təbii reaksiyadır.

  “Əqsa tufanı” Qəzza zolağındakı blokadanın aradan qaldırılması ilə yanaşı, işğaldan qurtulmaq, milli hüquqların bərpası, müstəqillik və öz müqəddəratını təyin etmək və paytaxtı Qüds olan Fələstin dövlətinin qurulması yolunda atılmış təbii bir addımdır.

  “Həmas” yarandığı gündən mülki insanları hədəfə almaqdan yayınıb.

  “Əqsa tufanı” əməliyyatı zamanı İsrailin təhlükəsizlik və hərbi sisteminin tamamilə və sürətlə çökməsilə bir sıra axsamalar və Qəzza ilə əməliyyat bölgələrini ayıran məftil çəpərlərdə böyük çatlar açıldı, xaos yarandı.

  Hesabatda "Əqsa tufanı" zamanı “Həmas”ın İsrail vətəndaşlarını hədəf alması ilə bağlı ittihamlara da toxunulub: "Mülki insanları, xüsusilə də qadın, uşaq və qocaları hədəfə almaqdan çəkinmək “Həmas” üzvlərinin əxlaqi və dini tərbiyəsinin tələbidir. Qəssam üzvlərinin 2023-cü ilin 7 oktyabrında mülki insanları hədəf aldıqları iddiası tamamilə böhtan və yalandır.

  Müqavimət qüvvələri Fələstin xalqına və İsrail əsgərlərinə qarşı silah daşıyanları hədəfə alır və bunu əvvəllər də dəfələrlə qeyd etmişik”.



Әlaqәli Xәbәrlәr