Livanda dövlət qurumları kiberhücum təhlükəsi altındadır

Livanda dövlət qurumlarının kiberhücum təhlükəsi altında olduğu bildirilib.

2091792
Livanda dövlət qurumları kiberhücum təhlükəsi altındadır

Livanda dövlət qurumlarının kiberhücum təhlükəsi altında olduğu bildirilib.

Livanın rəsmi agentliyi olan NNA-daLivan Parlamenti və Sosial İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlama paylaşılıb.

Açıqlamada “Nazirliyin internet saytının kiberhücuma məruz qaldığı və onun ələ keçirilməsinə cəhd edildiyi, problemin həlli istiqamətində işlərin davam etdirildiyi” bildirilib.

Livan Parlamentinin internet saytının da eyni şəkildə hücuma məruz qaldığı və saytın qorunması üçün bütün əməliyyatların dayandırıldığı qeyd edilib.

Xatırladaq ki, yanvarın 7-də Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanının bütün sisteminə oxşar hücum həyata keçirilib və sistemin bərpası üçün günlərlə iş aparılıb.

Livan hökuməti hücumun kim tərəfindən həyata keçirildiyi barədə ictimaiyyətlə heç bir məlumat paylaşmayıb.



Әlaqәli Xәbәrlәr