İsrailin Qəzza zolağına hücumlarında həlak olan fələstinlilərin sayı 25 mini keçib

İsrailin 7 oktyabrdan bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 25 mini keçib.

2091707
İsrailin Qəzza zolağına hücumlarında həlak olan fələstinlilərin sayı 25 mini keçib

İsrailin 7 oktyabrdan bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 25 mini keçib.

Qəzzadakı Səhiyyə Nazirliyi öldürülən fələstinlilərin sayının 25 min 295-ə, yaralıların sayının isə 63 minə yüksəldiyini bildirib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda daha 190 fələstinlinin şəhid olduğu, 340 nəfərin isə yaralandığı bildirilib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə hücumlarını artırdığı bildirilib.

Xəbərdə İsrail ordusunun Xan Yunus bölgəsində həyata keçirdiyi hücumlarda əksəriyyəti uşaq 10 mülki vətəndaşın öldüyü, onlarla insanın yaralandığı, səhər döyüş təyyarələri ilə bombardman nəticəsində biri uşaq olmaqla 3 nəfərin öldüyü və yaralandığı bildirilib. 

Xəbərdə Xan Yunisin qərb hissəsindəki Əl-Məvasi bölgəsində bir evin bombalandığı vurğulanaraq, İsrail ordusunun Xan Yunus şəhərinin bir çox bölgəsində hava və qurudan hücumlarını artırdığına diqqət çəkilib.

İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdəki basqınlarında çoxlu adam saxlanılıb.



Әlaqәli Xәbәrlәr