İki ölkə səfirlərinin vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəliblər

Pakistan və İran iki ölkənin səfirlərinin yanvarın 26-dək öz vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəliblər.

2091929
İki ölkə səfirlərinin vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəliblər

Pakistan və İran iki ölkənin səfirlərinin yanvarın 26-dək öz vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəliblər.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada xarici işlər naziri Cəlil Abbas Cilani ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığından sonra Tehran və İslamabadın iki ölkənin səfirlərinin 26 yanvar tarixinədək vəzifələrinə qayıda biləcəkləri barədə razılığa gəldiyi bildirilib. 

Açıqlamada İranın xarici işlər naziri Abdullahianın nazir Cilanın dəvəti ilə yanvarın 29-da Pakistana səfər edəcəyi paylaşılıb.

Qeyd edək ki, İran yanvarın 16-da Pakistan ərazisinə raket və təyyarələrlə hücum edərək terrorçu ünsürləri hədəfə aldığını açıqlayıb.

Pakistan da gecə saatlarında İranla sərhəd bölgəsində bir nöqtəni raketlərlə vuraraq terrorçulara qarşı əməliyyat keçirdiyini bildirib.

Tərəflər bir-birini pisləyərkən, hücumlarda mülki şəxslərin həlak olduğunu, “dost və qardaş ölkələr” olaraq bir-birlərinin ərazi bütövlüyünə hörmət etdiklərini bildiriblər.

İslamabad rəhbərliyi yanvarın 17-də Tehran səfirini geri çağırmaq qərarına gəlsə də, səfər məqsədi ilə ölkədə olan İranın İslamabaddakı səfirinin bir müddət geri qayıtmaya biləcəyi barədə də Tehrana məlumat verib.

Yanvarın 15-də İran terror təşkilatlarını və İsrail kəşfiyyatını hədəfə alaraq İraqın şimalına raket zərbələri endirib.

İraqlı idarəçilər İrana sərt reaksiya göstərərək, əsaslandırmaların əsassız olduğunu və bunun onların suveren hüquqlarını pozduğunu bəyan ediblər.



Әlaqәli Xәbәrlәr