"Beynəlxalq aləmdə Fələstin dövlətinin yaradılması ilə bağlı konsensus var", M.Ştaye

Fələstinin Baş naziri  Məhəmməd Ştaye bəyan edib ki, beynəlxalq aləmdə Fələstin dövlətinin yaradılması ilə bağlı konsensus var.

2091847
"Beynəlxalq aləmdə Fələstin dövlətinin yaradılması ilə bağlı konsensus var", M.Ştaye

Fələstinin Baş naziri  Məhəmməd Ştaye bəyan edib ki, beynəlxalq aləmdə Fələstin dövlətinin yaradılması ilə bağlı konsensus var.

Fələstin Baş Nazirliyi ofisindən verilən yazılı açıqlamaya görə, Ştaye hökumətin həftəlik növbəti iclasında çıxış edib.

Məhəmməd Ştaye çıxışında "İki dövlətli həll variantı çərçivəsində beynəlxalq fəallıq var. Biz deyirik ki, dünya iki dövlətli həll variantını rədd edən İsrailin Baş naziri Benyamin Netanyahu və hökumətinin münasibətinə diqqət yetirməlidir" deyib.

M.Ştaye bəyan edib ki, dünya işğala son qoymaq, Fələstin dövlətini tanımaq və Fələstinin BMT-yə üzv olması üçün səs vermək üçün səy göstərməlidir. Fələstin dövlətinin yaradılması ilə bağlı beynəlxalq konsensus var.

Ştaye bildirib ki, bu beynəlxalq konsensus “işğala son qoymağa yönəlmiş Fələstin dövlətini yerlərdə konkretləşdirəcək praktiki addımlara” çevrilməlidir.

Ştaye bəyan edib ki, dünya fələstinlilərə qarşı davam edən hücumlar, yaşayış məntəqələri, işğal və sülhü rədd etdiyi üçün İsrailə qarşı sanksiyalar tətbiq etmək barədə düşünməyə başlamalıdır.

Ştaye Qəzza zolağında və İordan çayının qərb sahilindəki öldürmə maşınının dayandırılmasına çağırıb.

Maraqlıdır ki, Ştaye bəyanatı Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ilə İsrail, Fələstin, Misir, İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə yanaşı Ərəb Birliyi Baş katibini Belçikanın paytaxtı Brüsseldə bir araya gətirməsi gözlənilən görüşdən əvvəl verib.



Әlaqәli Xәbәrlәr