Almaniya ordusunda Almaniya pasportu olmayan əsgərlər dövrü

Almaniya Federal Parlamenti (Bundestaq) Müdafiə Komissiyasının sədri Mari-Aqnes Ştrak (Marie-Agnes Strack) ordu (Bundesver) üçün “daha ​​çox avropasayağı düşünmə” qənaətinə gəldiyini bildirib və ...

2091828
Almaniya ordusunda Almaniya pasportu olmayan əsgərlər dövrü

 

  Almaniya ordusunda kadr çatışmazlığı səbəbindən xristian birlik partiyaları (CDU-CSU) və Azad Demokrat Partiya (FDP) Almaniya pasportu olmayan gənclərə orduda xidmət etmək fikrinə isti baxır.

  Almaniya Federal Parlamenti (Bundestaq) Müdafiə Komissiyasının sədri Mari-Aqnes Ştrak (Marie-Agnes Strack) ordu (Bundesver) üçün “daha ​​çox avropasayağı düşünmə” qənaətinə gəldiyini bildirib və bu baxımdan Almaniya pasportu olmayanların da əsgərlik xidməti edə biləcəyini söyləyib.

  Xristian Birlik Partiyasından İohan Vendepuhl (Johann Wendepuhl) da bu məsələyə müsbət yanaşdıqlarını dilə gətirib.

  Birlik Partiyası siyasətçisinin fikrincə isə Almaniyanın müdafiə naziri Boris Pistorius bu məsələlərə aydınlıq gətirməli, çağırışçıların Aİ vətəndaşları, NATO üzvləri, yoxsa başqa ölkələrdən seçilmə mövzusuna münasibət bildirməlidir.  



Әlaqәli Xәbәrlәr