Əfqanıstanda qəzaya uğrayan təyyarə Hindistana məxsusdur

Hava gəmisi Rusiyanın paytaxtı Moskva istiqamətində uçurmuş

2091322
Əfqanıstanda qəzaya uğrayan təyyarə Hindistana məxsusdur

 

  Əfqanıstanın şimal-şərqində qəzaya uğrayan təyyarə Hindistan şirkətinə məxsus olub. Bu barədə yerli mənbələrə istinadən “Aamaj News” agentliyi məlumat yayıb.

  Hava gəmisi Rusiyanın paytaxtı Moskva istiqamətində uçurmuş.

  Bildirilir ki, təyyarə texniki nasazlıq səbəbindən Bədaxşan rayonunda qəzaya uğrayıb. Agentlik təyyarənin modeli və göyərtəsində olan təxmini sayı barədə məlumat verməyib.

  Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib.

  Hadisənin təfərrüatları barədə məlumat verilmir.



Әlaqәli Xәbәrlәr