Bir sıra ölkədə Fələstinə dəstək aksiyaları keçirilir

Amerika Birləşmiş Ştatlarının Əmmandakı səfirliyinə 3 kilometr uzaqlıqdakı İbadürrəhman məscidi qarşısına “Soyqırım müharibəsinə qarşı qətiyyət və müqavimət” şüarı ilə toplaşan nümayişçilər Fələstin və İordaniya bayraqları qaldırıblar.

2091165
Bir sıra ölkədə Fələstinə dəstək aksiyaları keçirilir
urdun filistin odestek.jpg

İordaniyanın paytaxtı Əmmanda İsrailin hücumlarına məruz qalan Fələstinə dəstək nümayişi keçirilib.
Amerika Birləşmiş Ştatlarının Əmmandakı səfirliyinə 3 kilometr uzaqlıqdakı İbadürrəhman məscidi qarşısına “Soyqırım müharibəsinə qarşı qətiyyət və müqavimət” şüarı ilə toplaşan nümayişçilər Fələstin və İordaniya bayraqları qaldırıblar.
Livanın paytaxtı Beyrutda Cənubi Afrika Səfirliyi binası qarşısında toplaşan nümayişçilər Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” iddiasına dəstək nümayişi keçirib.
Cənubi Afrika və Fələstin bayraqları daşıyan nümayişçilər İsrail əleyhinə şüarlar səsləndiriblər.
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya davam edən hücumları Mərakeşin bəzi şəhərlərində etirazlarla qarşılanıb.



Әlaqәli Xәbәrlәr