ABŞ husilərə ağır zərbələr endirib
ABŞ qüvvələrinin Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raket sistemlərinə 3 hücum təşkil etdiyi bildirilib.
ABŞ qüvvələrinin Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raket sistemlərinə 3 hücum təşkil etdiyi bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi gündəlik mətbuat konfransında Yəməndə husilərə qarşı həyata keçirilən son hücumlar haqqında məlumat verib.
Con Kirbi ABŞ qüvvələrinin Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raket sistemlərinə 3 hücum təşkil etdiyini və bu hücumların Qırmızı dənizdə gəmilərin təhlükəsiz hərəkət etmələri üçün həyata keçirildiyini bildirib.
Sözügedən hücumların “müdafiə məqsədli” olduğunu ifadə edən Con Kirbi müvafiq raket sistemlərinin hücuma hazır olduğunu qeyd edib.
Son hücumların husilərə qarşı həyata keçirilən hücumların 6-cı dalğası olduğu bildirilib.
ABŞ rəhbərliyi bu həftə husiləri yenidən xarici terror təşkilatları siyahısına saldığını və Qırmızı dənizdə husilərin hücumlarının qarşısını almaq üçün təşkilata qarşı hücumların davam edəcəyini açıqladı.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.