Husilər yenidən “xarici terror təşkilatı” siyahısına salınıb

ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan "Ənsarullah" qruplaşmasını Qırmızı dənizdəki hücumlarına görə yenidən “xarici terror təşkilatı” siyahısına salıb.

2090103
Husilər yenidən “xarici terror təşkilatı” siyahısına salınıb

ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan "Ənsarullah" qruplaşmasını Qırmızı dənizdəki hücumlarına görə yenidən “xarici terror təşkilatı” siyahısına salıb.

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan husilərin terror siyahısına əlavə edilməsi ilə bağlı yazılı açıqlama verib.

Ceyk Sullivan açıqlamasında Qırmızı dənizdə gəmi ticarətini pozan husilərin hücumlarının Amerika personalını da təhlükə altına atdığını və həm ABŞ rəhbərliyinin, həm də beynəlxalq ictimaiyyətin bu hücumlara birgə reaksiya verdiyini bildirib.

O, bildirib ki, husilər Qırmızı dənizdəki hücumlarına son versələr, onları tez bir zamanda bu siyahıdan çıxara bilərlər.

Husilərin 30 gündən sonra sözügedən terror siyahısına əlavə ediləcəyini qeyd edən Sullivan "Yəməndə humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün" bu istiqamətdə qiymətləndirmə apardıqlarını vurğulayıb.

Bu qərarla husilər İmmiqrasiya və Vətəndaşlıq Qanunu və Xarici Terror Təşkilatları haqqında 13224 saylı Prezident Fərmanı çərçivəsində yenidən “Qlobal Xüsusi Terror Təşkilatı”nın əhatəsinə düşəcəklər.

ABŞ dövlət katibi Entoni Blinken isə mövzu ilə bağlı verdiyi yazılı açıqlamada "Husilər fəaliyyətlərinə görə məsuliyyət daşımalıdırlar. Ancaq bunu Yəmən vətəndaşlarına aid etmək olmaz. ABŞ Dövlət Departamenti öz hərəkətlərini həyata keçirərkən, Yəmən xalqına mümkün təsirləri azaltmaq üçün mühüm addımlar atılmalıdır” deyib.

Qeyd edək ki, Blinken Yəməndə husilər kimi tanınan "Ənsarullah" təşkilatını 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb. Sözügedən qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.

Husilər daha əvvəl Donald Tramp rəhbərliyinin son günlərində xarici terror təşkilatları siyahısına əlavə edilmişdi.



Әlaqәli Xәbәrlәr