NATO Baş Qərargah rəislərinin toplantısı keçirilir

NATO Baş Qərargah rəisləri Belçikanın paytaxtı Brüsseldəki qərargahda təşkil edilən yığıncaqda bir araya gəliblər.

2089986
NATO Baş Qərargah rəislərinin toplantısı keçirilir

NATO Baş Qərargah rəisləri Belçikanın paytaxtı Brüsseldəki qərargahda təşkil edilən yığıncaqda bir araya gəliblər.

İki gün davam edəcək toplantıda Türkiyeni Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Metin Gürak təmsil edir.

Bugünkü iclaslarda qərargah rəisləri NATO-nun müdafiə qabiliyyətinin artırılması və müdafiə ilə bağlı planlarını müzakirə edirlər.

24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi də qiymətləndirilir.

Müdafiə nazirlərinin fevralda keçiriləcək iclasından əvvəl bu il keçiriləcək hərbi təlimlər də qərargah rəislərinin gündəmindədir.

İclasın sabahkı sessiyasında NATO-nun Baş katibi Yens Stoltenberq qərargah rəisləri ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr