ABŞ husilərə ağır zərbələr endirdi

Amerika Birləşmiş Ştatları (ABŞ) Qırmızı dənizdə kommersiya gəmilərinə hücum edən  husilərə ağır zərbələr endirdiyini açıqlayıb.

2089607
ABŞ husilərə ağır zərbələr endirdi

Amerika Birləşmiş Ştatları (ABŞ) Qırmızı dənizdə kommersiya gəmilərinə hücum edən husilərə ağır zərbələr endirdiyini açıqlayıb.
Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) hücumda 4 ballistik raketin məhv edildiyini açıqlayıb.
Ağ Evdən verilən açıqlamada deyilir: “Husilər hələ də seçim edə bilərlər. ABŞ husilərlə müharibə aparmaq istəmir.Biz Qırmızı dənizdəki hücumların dayandırılmasını istəyirik".
ABŞ və Böyük Britaniya ötən həftə husilərin Yəmənin paytaxtı Səna ilə Hudeydə və Taiz şəhərlərindəki hərbi məntəqələrini vurub.
Husilərin İsrailin Qəzzaya hücumlarına cavab olaraq kommersiya gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib.
ABŞ rəhbərliyinin Yəməndə husilər kimi tanınan Ənsarullah təşkilatını Qırmızı dənizdəki son hücumlarına görə yenidən xarici terror təşkilatları siyahısına daxil etməyə hazırlaşdığı bildirilib.



Әlaqәli Xәbәrlәr