ÜST İsrailin Qəzzaya hücumlarının 100-cü günündə açıqlama verib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Qəzzaya hücumlarının 100-cü gününü “faciə” kimi qiymətləndirərək, atəşkəs tələbini təkrarlayıb.

2088665

Qebreyesus "X" soial media platformasından İsrailin Qəzzaya hücumları ilə bağlı paylaşım edib.

“Bu gün faciənin 100-cü günüdür” ifadəsindən istifadə edən Qebreyesus İsrailin hücumlarından sonra Qəzzada "ciddi humanitar böhran" yaşandığını vurğulayıb.

Qəzzadakı xəstəxanaların əksəriyyətinin edilən 300-dən çox hücum və kritik yardıma təhlükəsiz çıxışa mane olunması səbəbiylə fəaliyyət göstərmədiyinə diqqət çəkən Qebreyesus "Xəstəliklər getdikcə daha kiçik ərazilərə sıxışmaq məcburiyyətində qalan və təmiz suya çıxışı olmayan əhali arasında yayılır" deyib.

Qəzzada insanlar cəhənnəmdə yaşayırlar” deyən Qebreyesus atəşkəs çağırışını təkrarlayıb.

Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının Qəzzaya lazım olan yardımı göstərməsinin davamlı olaraq qarşısının alındığını vurğulayan Qebreyesus israilli əsirlərin azad edilməsini də istəyib.

Әlaqәli Xәbәrlәr