"Yəmənin ABŞ və Böyük Britaniyaya cavabı gecikmədi”, Ə.Kəhhum

Husi siyasi bürosunun üzvü Əli əl-Kəhhum “X” sosial media platformasında verdiyi açıqlamada bildirib ...

2088016
"Yəmənin ABŞ və Böyük Britaniyaya cavabı gecikmədi”, Ə.Kəhhum

 

  Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin həyata keçirdiyi hücumlara cavab olaraq Qırmızı dənizdə Amerika-İngiltərə döyüş gəmilərinin hədəf alındığını və 5 husinin öldüyünü açıqlayıb.

  Husi siyasi bürosunun üzvü Əli əl-Kəhhum “X” sosial media platformasında verdiyi açıqlamada bildirib: "Yəmənin ABŞ və Böyük Britaniyaya cavabı gecikmədi. Amerika-Britaniya hərbi gəmilərinə və Qırmızı dənizdəki hərbi obyekt və bazalara Yəmən silahlı qüvvələri sərt hücumlar edir.

  ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi Yəmənin hər hansı ABŞ və ya Böyük Britaniya döyüş təyyarəsi və ya döyüş gəmisinə hücum etdiyinin olmadığını deyib: “Hazırda husilərdən heç bir cavab görməmişik”.

  Husilərin qondarma hökumətinin xarici işlər naziri müavini Hüseyn əl-İzzi “X” sosial media platformasında verdiyi açıqlamada yazıb: "Ölkəmiz Yəmən ABŞ və Böyük Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri tərəfindən böyük hücuma məruz qalıb. Şübhəsiz ki, ABŞ və Böyük Britaniya bu açıq təcavüzün bütün dəhşətli nəticələrinin ağır bədəlini ödəməyə hazırlaşmalı olacaqlar."

  Husilərin hərbi sözçüsü Yəhya Seri televiziya kanalına müsahibəsində bölgədəki hadisələrlə bağlı məlumat verib: "ABŞ və Böyük Britaniyanın İsrailin Qəzzada cinayətlərinin davam etməsinə verdikləri dəstək çərçivəsində Yəmənə qarşı 73 hücum törətdilər. Bu hücumlar nəticəsində 5 husi ölüb, 6-sı yaralanıb.

  Husilərə bağlı SABA xəbər agentliyi paytaxt Səna, Hudeyda, Səda və Zemar şəhərlərinin “ABŞ təcavüzü”nə məruz qaldığı barədə məlumatlar yayıb.

  ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak Amerika və İngiltərə ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduqlarını açıqlayıblar.



Әlaqәli Xәbәrlәr